Pompeo Yaxın Şərq səfərini yarımçıq qoydu

ABŞ dövlət katibi Mayk Pompeo ailə üzvlərindən birinin ölümünə görə Yaxın Şərq səfərini yarımçıq qoymaq məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Pompeonun Omanda keçiriləcək görüşlərdən dərhal sonra yas mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara qayıdacağı bildirilir.
Mənbə: Oxu.Az