Pompeo Kim Çen Inın məsləhətçisi ilə görüşməyi planlaşdırır
ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ilə Nyu-Yorkda görüşəcək. Bu barədə ABŞ dövlət katibi "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.
M.Pompeo deyib: "Mən gələn həftə Nyu-Yorkda həmkarım Kim Yon Çxol ilə görüşəcəyəm. Bizim bir neçə ay əvvəl denuklearizasiya mövzusunda başlamış müzakirələri davam etdirmək üçün yaxşı imkanımız olacaq".
Xatırladaq ki, oktyabrın 7-si Mayk Pompeo KXDR-ya səfər edib. Səfər zamanı dövlət katibi KXDR lideri Kim Çen Inla görüşüb və ikinci ABŞ-KXDR sammitinin təşkil edilməsini müzakirə edib.
Mənbə:> Virtualaz.org