Putin Qusmanı təltif etdi

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman “Rusiya Federasiyasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Oxu.Az-ın xəbərinə görə, prezident Vladimir Putinin müvafiq fərmanı bu gün hüquqi informasiya portalının rəsmi saytında yerləşdirilib.
Mixail Qusman Rusiya jurnalistikasının inkişafındakı səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Mənbə: Oxu.Az