Ukrayna aeroportlarda xarici vətəndaşlara viza verilməsini dayandırır
Ukrayna 2019-cu il yanvarın 1-dən etibarən aeroportlarda xarici vətəndaşlara viza verməyəcək.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Andrey Zayats deyib. Onun sözlərinə görə, yanvarın 1-dən beynəlxalq aeroportlarda xarici vətəndaşlara vizaların verilməsi dayandırılacaq və bunun əvəzinə elektron viza funksiyası genişləndiriləcək.
Ukrayna XİN təmsilçisi etiraf edib ki, aeroportlarda vizaların verilməsi səmərəli üsul deyil. Çünki bəzən əcnəbilər ingilis dilində danışa bilmirlər, bəzən ödənişi üçün bank kartları olmur.
2019-cu il yanvarın 1-dən xarici vətəndaşlar üçün elektron vizanın qiyməti 85 ABŞ dolları olacaq.(AzərTAc)
Mənbə:> Virtualaz.org