Zaxarovadan viza açıqlaması: Tamamilə ödənişsiz...
Rusiya elektron viza sisteminə keçid üçün sınaqlara başlayıb.
AzNews.info axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Sınaq üçün bəzi Şərq ölkələrinin vətəndaşlarına elektron viza sistemi tətbiq edilir. Rusiyanın Kalinqrad bölgəsinə səyahət etmək istəyən bəzi ölkələrin vətəndaşları onlayn formada elektron viza üçün müraciət edə biləcək. Bu sistemin tətbiqindən sonra dəvət kimi prosedurlara ehtiyac qalmayacaq. Qeydiyyat tamamilə ödənişsiz olacaq. Müraciət müddəti 20 dəqiqə təşkil edəcək. Elektron viza sistemi 2019-cu il iyulun 1-dən etibarən rəsmi şəkildə qüvvədə olacaq", - Zaxarova bildirib.
Mənbə:> Axar.az