Putin azərbaycanlı jurnalistin qətlə yetirilməsi haqda
Mənim aşpazlarımın hamısı hərbçilərdir.
Bunu Rusiya lideri Vladimir Putin bugünkü mətbuat konfransında, “Novaya qazeta” müxbirinin Orxan Camal və daha iki jurnalistin Mərkəzi Afrika Respublikasında öldürülməsini xatırladaraq, ““Vaqner” özəl hərbi şirkətinin rəhbəri Priqojin Sizin aşpazınızdırmı” sualına cavab olaraq deyib.
Putin Orxan Camal və həmkarlarının qətlini yerli qruplardan birinin həyata keçirdiyini və onların MAR-a jurnalist yox, turist kimi getdiyini bildirib.
Putin jurnalistlərin ölümünü faciə adlandırıb və bu cinayətin araşdırılmasını diplomatik kanallar vasitəsilə nəzarətdə saxladığını vurğulayıb.
Qeyd edək ki, Orxan Camal və digər iki rusiyalı jurnalist iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar MAR-a Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında xüsusi reportaj üçün getmişdilər.
Mənbə:> Virtualaz.org