Moskvada Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən polis əməkdaşına cəza verildi
Moskvada məhkəmə dövlətə xəyanətdə ittiham edilmiş polis əməkdaşı Aleksey Jitnyuku 13 il müddətinə həbs edib.
Virtualaz.org “Moskva” agentliyinə istinadən xəbər verir ki, Jitnyuk ötən ilin dekabr ayında tutulub. Bəzi məlumatlara görə. O, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə gizli informasiya ötürürmüş. Bu informasiyanın Hərbi-Dəniz Donanmasına aid olduğu deyilir.
Elə həmin vaxt Moskvada norveçli casus Frude Berq yaxalanmışdı. Mənbəyə görə, Jitnyuk əldə etdiyi məlumatları məhz Berqə ötürürmüş.
Tutulana qədər Aleksey Jitnyuk Moskvada adi sahə müvəkkili vəzifəsində çalışırmış.
Mənbə:> Virtualaz.org