QDİƏT-in Parlament Məclisinə sədrlik Ermənistandan Azərbaycana keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

QDİƏT-in Parlament Məclisinə sədrlik Ermənistandan Azərbaycana keçdi

QDİƏT-in Parlament Məclisinə sədrlik Ermənistandan Azərbaycana keçdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament (QDİƏT) Məclisinə sədrlik Azərbaycana keçib.

Virtualaz.org bildirir ki, bununla bağlı qərar Məclisin Yerevanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə, növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.

QDİƏT-in Parlament Məclisinin 52-ci sessiyasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər. Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.

Məlum olduğu kimi, sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış ediblər.

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *