Erməni hərbi əsir Bakıdan Paşinyana müraciət etdi
Ermənistan hərbçisi Arsen Baqdasaryan ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılıb və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana ünvanladığı əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciəti ictimaiyyətin diqqətinə təqdim edilir.
Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.
Mənbə:> Virtualaz.org