Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Belarus və Azərbaycan növbəti Belarus hərbi texnikası partiyasının ölkəmizə çatdırılması üzrə müqavilə üzərində işləyirlər. Virtualaz.org “BELTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekununda Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bu gün danışıqların yekunu üzrə Belarus Hərbi Sənaye Dövlət Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında hava hücumundan müdafiə silah və texnikasının təchizi sahəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
“Ən qısa müddətdə o, Belarusdan növbəti hərbi texnika partiyasının alınması üçün müqaviləyə transformasiya olunacaq”, - İlham Əliyev deyib.
Mənbə:> Virtualaz.org