Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub

Bu gün təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

* * *14:30

Bu gün Minskdəki Müstəqillik Sarayında Belarus və Azərbaycan prezidentlərinin görüşü keçirilir. Dövlət başçıları ticarət-iqtisadi əməkdaşlıq, investisiya layihələri, beynəlxalq problemləri müzakirə edirlər.

Virtualaz.org “BELTA”ya istinadən xəbər verir ki, Azərbaycan prezidentini qarşılayarkən Lukaşenko deyib: “Belarus sizi gözləyirdi. Rəsmi səfər barədə çox informasiya var idi. Özü də, bildiyiniz kimi, bunun üçün səbəblər müxtəlif idi. Bəzən isə feyk xəbərlər çıxırdı. Amma bu da nəticədir. Həqiqətə uyğun olmayan hansısa məlumat da bəzən müsbət nəticələr verir”.

Belarus dövlət başçısı deyib ki, ölkəmizdə Azərbaycan yaxın dost və qardaş ölkə hesab olunur.

“Biz eyni ölkədə yaşamışıq. Çox yaxın insanlarıq. Köklərimiz sovet dövrünə gedib çıxır. Yəqin ki, 10-15 nəsil əvvəl də həmvətənlərimiz sizinkilərlə yaxşı münasibətlərdə olublar”, - Lukaşenko qeyd edib.

Mənbə yazır ki. ümumi tarix barədə Azərbaycan prezidenti İlham Əliyev də danışıb. “Əminəm ki, bu gün biz vacib qərarlar qəbul edəcəyik”, - Əliyev deyib.

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub


* * *12:35

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş Minskdəki Müstəqillik sarayında keçirilir.

Virtualaz.org “BELTA”ya istinadən xəbər verir ki, prezidentlərin görüşündə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Qeyd edək ki, İlham Əliyev rəsmi görüşlərə başlayana qədər Minskdəki Qələbə abidəsini, eləcə də keçən ilin mayında açılan Azərbaycan Ticarət Evini ziyarət edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *