Tramp məmuru Ağ Evdən qovdu BİRİNCİ XANIMLA MÜNAQİŞƏYƏ GÖRƏ
Donald Tramp Ağ Evin Təhlükəsizlik üzrə müşavir müavini Mira Ricardelini vəzifəsindən çıxarıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, buna səbəb kimi ABŞ-ın birinci ledisi Melaniya Trampın ötən ay etdiyi Afrika turu zamanı onun heyəti ilə Mira arasında yaşanan qarşıdurma göstərilir.
Mira Ricardelin işdən uzaqlaşdırıldığı xəbərini Melaniya Trampın sözçüsü Stephanie Grisham yayıb. O bildirib ki, Mira Ricardel artıq Ağ Evdə xidmət göstərmək şərəfinə layiq deyil.
Ancaq Ricardelin vəzifəsindən çıxarılmasına dair Ağ Evdən hələlik heç bir rəsmi açıqlama verilməyib.
Yerli KİV yazır ki, birinci ledinin Afrikaya səfəri zamanı səfərdə iştirak etmək istəyən Ricardel və onun müavinlərinə Melaniya Trampın təyyarəsində yer verilməyib.
Mənbə bildirir ki, Ricardelin daha əvvəl müdafiə naziri Cim Mattis ilə də fikir ayrılıqları olub. Guya Mattis ilə Trampın arasının dəydiyi və işdən uzaqlaşdırıldığı xəbərinin arxasında Ricardel dayanıb.
Mənbə:> Virtualaz.org