CNN Trampı məhkəməyə verdi
CNN televiziyası ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb CNN müxbiri Cim Akostanın Ağ Evə girişinin dövlət başçısı tərəfindən qadağan edilməsidir.
İddiada akkreditasiyanın tez bir zamanda bərpa olunması, jurnalistin Ağ Evə giriş qadağasının ləğv edilməsi istənilir.
Qeyd edək ki, Ağ Evdə keçirilən müşavirələrin birində Trampla Akosta arasında mübahisə yaşanmışdı.
Mənbə:> Virtualaz.org