ABŞ Demokratlar Partiyası Rusiyanı və Trampın qərargahını məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ Demokratlar Partiyası Rusiyanı və Trampın qərargahını məhkəməyə verdi

ABŞ Demokratlar Partiyası Rusiyanı və Trampın qərargahını məhkəməyə verdi

ABŞ Demokratlar Partiyasının Milli Komitəsi Rusiya hakimiyyət orqanları, hazırkı prezident Donald Trampın seçki qərargahı və “Wikileaks” saytına qarşı iddia qaldırıb.

Virtualaz.org bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Çoxmilyonluq iddia ərizəsi Manhetten federal dairə məhkəməsinə təqdim olunub.

Ərizədə qeyd olunur ki, respublikaçıların yüksək səlahiyyətli nümayəndələri Rusiya hakimiyyəti və onun “hərbi casus agentliyi” ilə əlbir olaraq Hilari Klintonun namizədliyinə ağır zərbə vurub və Trampı hakimiyyətə gətirib.

İddiaya görə, kömpüter şəbəkəsinin sındırılması Rusiya Baş Kəşfiyyat İdarəsinin hazırladığı hakerlər və “Wikileaks”in mütəxəssisləri tərəfindən həyata keçirilib.

Maraqlıdır ki, iddiada Tramp cavabdeh tərəf kimi göstərilməyib. Bunun əvəzində sənəddə onun seçkiqabağı qərargahının müxtəlif vəzifəli şəxslərinin adları hallandırılır.

Yeri gəlmişkən, cavabdehlərin arasında Rusiya “QRU”sunun hərbi kəşfiyyatının və “Crocus Group” Şirkətlər Qrupunun sahibi Araz Ağalarovun oğlu, qrupun birinci vitse-prezidenti, biznesmen, müğənni və bəstəkar Emin Ağalarovun da adları yer alıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *