Cahangir Hacıyevin həbs müddəti uzadıldı
Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Onun sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin həbs müddəti daha iki ay artırılıb.
Vəkil bildirib ki, ibtidai istintaq başa çatıb, lakin müvəkkili cinayət materialları ilə tanış olur.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.
Daha sonra C.Hacıyev və daha 25 nəfərə cinayət işi başlanılıb. 25 nəfər isə artıq cinayət materialları ilə tanış olub.
Mənbə:> Report