ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Krımın Rusiyaya birləşdirilməsi və Donbasdakı vəziyyətə görə üç fiziki şəxs və 9 təşkilata qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
RİA "Novosti" xəbər verir ki, bunu cümə axşamı ABŞDövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerdeyib.
"Bu gün Birləşmiş Ştatlar Krım və Donbass ilə bağlı yeni maliyyə sanksiyaları tətbiq edəcək…Bu sanksiyalar Rusiyanın Ukraynanın Krım regionunu özəl investisiya və özəlləşdirmə layihələri vasitəsi ilə inteqrasiya etdirmək cəhdlərinə dəstək verən və ya ciddi insan hüquqları pozuntularında iştirak edən 3 fiziki şəxs və 9 təşkilata şamil ediləcək", — deyə o, brifinq zamanı jurnalistlərə bildirib.
Mənbə:> RİA Novosti