Gürcüstan hərbi xərclərini artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Gürcüstan hərbi xərclərini artırdı

Gürcüstan hərbi xərclərini artırdı

Gürcüstanın 2019-cu ilin dövlət büdcəsindən ölkənin Müdafiə Nazirliyinə 870 mln. lari (317 mln. dollardan çox) vəsait ayrılacaq.

Bu barədə Gürcüstan hökuməti tərəfindən ölkə parlamentinə təqdim olunmuş gələnilki büdcə layihəsində qeyd edilib.

İlkin büdcə layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinə ayrılacaq vəsait 80 mln. lari çoxdur.

Yeni büdcə layihəsində silahların alınması üçün 55 mln. lari həcmində kredit də nəzərdə tutulub.

Gürcüstan Müdafiə Nazirliyinə dövlət büdcəsindən gələn il ayrılacaq vəsait 2018-ci illə müqayisədə 68 mln., 2017-ci illə müqayisədə isə 100 mln. lari çoxdur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *