Sarkisyan Lukaşenko ilə Azəbaycana silah satışından danışdı
Minskdə səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşdə bu ölkənin Azərbaycana silah satması məsələsini müzakirə edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, A.Sarkisyan bunu Belarusun Azərbaycana silah satması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
“Biz hər şeyi müzakirə etdik. Belarusun bu və ya digər ölkəyə silah satmaq qərarına gəlincə, gəlin bu sualın cavabını bir kənara qoyaq. Bizim çox dostyana və məxfi söhbətimiz oldu”, – deyə Sarkisyan vurğulayıb.
Qeyd edək ki, Armen Sarkisyan Minskə səfəri çərçivəsində ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Lukaşenko Minsklə Yerevanın fərqli baxışlara sahib olmalarına rəğmən, yaxşı münasibətlərdə olduqlarını bildirib.
Mənbə:> Virtualaz.org