Nigeriyada xristian-müsəlman toqquşması: Оnlarla ölü
Nigeriyanın Kaduna ştatında xristianlar və müsəlmanlar arasında baş verən toqquşmalar zamanı 55 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Nigeriyanın prezidenti Məhəmməd Buxari bildirib.
Müxtəlif dinlərin nümayəndələri olan gənclərin qarşıdurması Kasuvan Maqani şəgərində meydana gəlib. Polis 22 nəfəri saxlayıb.
Müsəlmanlarla xristianlar arasında baş verən toqquşmanın səbəbi məlum deyil.
Mənbə:> Oxu.Az