Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Kadırov bu barədə özünün Telegram-kanalında yazıb.
O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib.
“Belə fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər dəstəkləyə bilər”, - deyə Kadırov vurğulayıb.
Mənbə:> Oxu.Az