Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş sərbəst buraxıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş sərbəst buraxıldı

Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş sərbəst buraxıldı

Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson bu gün 4-cü dəfə hakim qarşısına çıxarılıb.

Virtualaz.org-un məlumatına görə, Branson məhkəməyə İzmirdə ev həbsində qaldığı yerdən təhlükəsizlik qüvvələri tərəfindən aparılıb.

Keşişin evinin qarşısında böyük təhlükəsizlik tədbirləri görülüb.

Məhkəmə prosesində əvvəl Branson əleyhinə ifadə vermiş şəxslərin bir neçəsi ifadəsini dəyişib və “qarmaqarışıq” yeni ifadələr veriblər.

Qərara əsasən, məhkəmə Bransonu 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Onun istintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq azad edilməsi ilə bağlı qərar verilib.

Bir daha qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs olunmuşdu. Bu il iyulun 25-də isə ev dustağı edilmişdi. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *