Bransonun cinayət işində şok detal: PKK…
Amerikalı rahib Endryu Bransonun FETÖ təşkilatı ilə yaxından əlaqəsi olduğuna dair iddiaların ardından daha bir maraqlı məqam ortaya çıxıb. Bransonun cinayət işinda yeni məqamlar ortaya çıxmağa başlayıb. İnid də PKK terror qruplaşmasına kömək etdiyinə dair iddialar irəli sürülüb.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, FETÖ və PKK kimi qruplaşmaların törətdiyi cinayətlərdə iştirak etdiyi üçün ittiham edilən Branson İzmirdə həbsdə saxlanılır.
Həbsi davam edən Bransonun cinayət ittihamları isə artmaqdadır. PKK ilə əlaqəsi olduğuna dair iddiaları səsləndirən Levent K adlı şəxs Brunsonın çalışdığı Yenidoğuş Kilsəsində PKK üzvlərinə köməklik göstərdiyinə şahid olduğunu deyib.
“2005-ci ildə xristianlığa üstünlük verərək öz seçimi ilə Basmane səmti yaxınlığında yerləşən Yenidoğuş Kilsəsində rahib kimi çalışmağa getdim. Endryu Brunson həmin dövrdə bu kilsədə çalışırdı. Brunsonun İspaniya, ABŞ və Almaniya vətəndaşlığı olub. Kilsədə olduğum vaxtlarda bazar günü keçirilən ibadətlərə təxminən 100-150 nəfərlik bir qrup toplanırdısa, Paska, Milad bayramları zamanı isə bu rəqəm 200-250 nəfərə çatırdı. Orada türk, kürd və digər millətlərdən insanlar olurdu. Amma diqqət çəkən əsas məqamlardan biri o idi ki, Branson terror tərəfdarı olan 8-10 nəfərlik bir qrupa daim dəstək verirdi. Branson separatçı fikrə malik şəxslərə xüsusi dəyər verirdi. Hətta bir dəfə onlardan birinin adı təcavüz hadisəsində hallandığı halda, Branson onun kilsədən qovulmaması üçün əlindən gələni etmişdi. 2008-2009-cu illərdə onun terrorizmə olan münasibəti ortaya çıxdıqdan sonra kilsədən qovuldu”.
Levent K. adlı şəxs ifadəsində bildirib ki, Bransonun iş masasında PKK qruplaşmasına məxsus bukletlərin olduğunu görüb:
“Kilsədə Bransonun heç kimi içəri buraxmadığı bir otağı vardı. Bir dəfə fürsət düşəndə o otağa girdim. Masada Türkiyənin xəritəsi və üzərində işarələnən çertyoj gördüm. Yanında kiçik qutuda isə terrorizmə aid şüarlar, PKK-ya aid bukletlər vardı. Təəssüf ki, mən otaqdan çıxanda onun həyat yoldaşı Norin məni gördü. Branson isə bu hadisədən sonra təxminən 11.5 ay xaricdə qaldı. Türkiyəyə gəldikdən sonra Alsancak bölgəsində yeni bir kilsə açdı. Onun buradakı məqsədini öyrənmək üçün kilsəyə getdiyimdə isə eyni şəkildə burada da separatçı fikrə malik qrupların olduğunu gördüm”.
Mənbə:> Publika.az