Binəli Yıldırım: "Ermənistan özü-özünü təcrid vəziyyətinə salıb"
"Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, saxta erməni soyqırımı iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır".
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında deyib.
B.Yıldırım qeyd edib ki, Ermənistan özü-özünü təcrid vəziyyətinə salıb: "Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər”.
Mənbə:> Virtualaz.org