Səfir müavini: Azərbaycan Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır » AzNews.info -Xəbər portalı

Səfir müavini: Azərbaycan Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır

Səfir müavini: Azərbaycan Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır


Bu gün Azərbaycan-Almaniya biznes forumu başlayıb.

Oxu.Az xəbər verir ki, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Andrea Sülhün sözlərinə görə, SOCAR ilə “Uniper” şirkəti arasında bağlanan müqavilə və Cənubi Qaz Dəhlizi üzrə işlər Almaniya üçün çox əhəmiyyətlidir:

“Azərbaycan Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır”.

“Uniper” şirkətinin rəhbəri Mixael Hilmer bildirib ki, Almaniyanın idxal etdiyi qazın 50%-i onun payına düşür. Ümumilikdə isə Almaniyanın qaza olan tələbatı yüksəlir:

“Azərbaycanın qaz sektoru ilə bağlı böyük iddiaları var və biz də şirkət olaraq uzunmüddətli şəkildə burada işləmək istərdik. Almaniya alternativ enerjiyə böyük yatırımlar edir, lakin sabit və dayanıqlı enerji mənbəyi kimi qaza daha böyük önəm verir.

Almaniya hökuməti təchizatın etibarlılığını yüksəltmək üçün diversifikasiya edəcək. Avropanın qaza ehtiyacı artır. Azərbaycandan 2020-ci ildən 1,5 milyard kubmetr qaz alacağıq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *