Trampın ayağına tualet kağızı yapışdı, lağa qoydular » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Video

Trampın ayağına tualet kağızı yapışdı, lağa qoydular – VİDEO

Trampın ayağına tualet kağızı yapışdı, lağa qoydular

Sosial şəbəkə istifadəçiləri ABŞ prezidenti Donald Trampı ayaqqabısına yapışmış tualet kağızı parçası ilə göründüyünə görə gülüş obyektinə çeviriblər. Dövlət başçısının təyyarəyə qalxması əks olunmuş videoya ilk olaraq “MaltLiquorLogic” nikli “Twitter” istifadəçisi diqqət yetirib.

“Sanki bu prezidentlik daha qəribə olmaya bilərdi... Bu gün Tramp “Air Force One”ın göyərtəsinə ayaqqabısına yapışmış tualet kağızı ilə qalxıb”, - istifadəçi qeyd edib.

Videoya 3 milyon dəfədən çox baxılıb və prezident məsxərə obyektinə çevrilib. Bəzi istifadəçilər “Twitter”də birbaşa Ağ Evin sahibinə müraciət ediblər. “Siz tualet kağızının yoxlanılmasına görə məsul şəxsi vəzifəsindən azad etməlisiniz”, - istifadəçilərdən biri yazır. “Kağızı ayaqqabınızdan qoparın”, - digər istifadəçi sadəcə məsləhət verir.

İstifadəçilərin bəzilərinin fikrincə, Tramp amerikalıları o qədər bezdirib ki, işçiləri də ona baş vermiş hadisə ilə bağlı nəsə demək istəməyiblər.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *