Pentaqona zəhərli bağlama göndərildi
Pentaqona içində zəhərli maddə olan iki bağlama göndərilib.
Oxu.Az Fox News-a istinadən xəbər verir ki, yoxlama zamanı bağlamalarda yüksək toksik maddə sayılan ritsin olduğu aşkarlanıb.
Bildirilir ki, bağlamalar Pentaqon rəhbəri Ceyms Mettis və ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının rəhbəri Con Riçardsona ünvanlanıb.
Mənbə:> Oxu.Az