Kiyev Rusiyanın Krımda nüvə silahı yerləşdirəcəyindən qorxur
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Krımda nüvə silahı yerləşdirəcəyindən qorxur.
Oxu.Az xəbər verir ki, Ukrayna xarici işlər naziri Pavel Klimkin bu cür şübhələr üçün əsasların olduğunu bəyan edib.
“Krım Rusiyanın böyük hərbi bazasına çevrildi. Şübhəmiz var ki, orada nüvə silahı, yaxud da ən azı nüvə silahı üçün infrastruktur var”, - deyə o vurğulayıb
Klimkin bildirib ki, Suriyaya hərbi texnika məhz Krımdan göndərilir.
Ukrayna XİN rəhbəri onu da bildirib ki, rəsmi Kiyev Krımın hərbiləşdirilməsi ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsi hazırlamaq niyyətindədir.
Mənbə:> Oxu.Az