Qarabağda erməni hərbçisi öldü
Erməni ordusunun hərbi qulluqçusu işğal olunmuş Dağlıq Qarabağda aldığı güllə yarasından ölüb, Oxu.Az erməni KİV-ə istinadən xəbər verir.
“Sentyabrın 1-də saat 10:50 radələrində Qarabağda yerləşən hərbi hissələrdən birində naməlum şəraitdə 1997-ci il təvəllüdlü hərbi qulluqçu Gevorq Aroyan ağır güllə yarası alıb”, - deyə, məlumatda bildirilir.
Yaralı hərbçi hospitala yerləşdirilsə də, saat 15:05 radələrində ölüb.
Mənbə:> Oxu.Az