Qüdrət Həsənquliyev: “Siyasətçilərimiz ingiliscə ermənilərdən pis danışırlar” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qüdrət Həsənquliyev: “Siyasətçilərimiz ingiliscə ermənilərdən pis danışırlar”

Qüdrət Həsənquliyev: “Siyasətçilərimiz ingiliscə ermənilərdən pis danışırlar”

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev azərbaycanlı siyasətçi və məmurların ingilis dili biliklərini aşağı qiymətləndirir.

“Mən sovet dövründə orduda xidmət edəndə azərbaycanlı əsgərlər rus dilində, tutaq ki, ermənilərə nisbətən pis danışırdılar. Bakı, Sumqayıt və Gəncə sakinləri istisna idi”, - virtualaz.org-un müxbiri Milli Məclisdən xəbər verir ki, bugünkü plenar iclasda Q.Həsənquliyev belə deyib.

Bu gün isə, onun sözlərinə görə, digər xarici dilləri, o cümlədən ingilis dilini mükəmməl bilmək vacibdir.

“Azərbaycanın hakimiyyətyönümlü və müxalif partiyalarının nümayəndələrinin ingilis dili bilikləri çox aşağı səviyyədədir. Ermənilər və gürcülər bizim ölkə təmsilçilərinə nisbətən ingiliscə daha yaxşı danışırlar. Buna görə də, hesab edirəm ki, siyasi xadimlər üçün pulsuz ingilis dili kursları təşkil olunmalıdır”, - millət vəkili qeyd edib.

Onun təklifinə cavab olaraq, Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, bir neçə il öncə o, parlament üzvləri üçün pulsuz ingilis dili kursları təşkil etmək təklifi ilə çıxış edib. “Lakin bu təşəbbüsə yalnız üç-dörd deputat qoşulmuşdu”, - O.Əsədov sözünü yekunlaşdırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *