İnquşetiyanın ərazisinin 5 faizini gizlicə Çeçenistana vermək istədilər, xalq üsyana qalxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İnquşetiyanın ərazisinin 5 faizini gizlicə Çeçenistana vermək istədilər, xalq üsyana qalxdı

İnquşetiyanın ərazisinin 5 faizini gizlicə Çeçenistana vermək istədilər, xalq üsyana qalxdı

Bu gün Çeçenistan və İnquşetiya respublikalarının başçıları Ramzan Kadırov və Yunus-bek Yevkurov federasiya subyektləri arasında sərhədlərin meəyyənləşdirilməsi barədə saziş imzalayıblar. Həmin sazişə əsasən, Çeçenistanın Tereküstü rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında bərabər sahəli ərazi mübadiləsi həyata keçirilib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan bir gün öncə İnquşetiyada fəallar respublika əhalisini “işğal”a qarşı çıxışlara çağırıblar. Sentyabrın 24-də “İnquşetiyanın seçimi” təşkilatının lideri İsmayıl Nalgiyev özünün “Facebook” səhifəsində Ümumvətəndaş forumunun keçirilməsi üzrə təşkilat komitəsinin bəyanatını dərc edib. Bəyanatda deyilir ki, artıq bir aydan çoxdur ki, respublika əhalisini İnquşetiyanın Sunjen rayonundakı “Erzi” dövlət qoruğunun ərazisində avtomobil yolunun çəkilişi barədə xəbərlər narahat edir. Həmin işləri çeçen təşkilatları yerinə yetirir. Ərazinin özündə isə əks-terror əməliyyatı rejimi elan edilib.

Bəyanatda əlavə olunur ki, bütün bunlara baxmayaraq, İnquşetiya hakimiyyəti səssizliyini qoruyur. Fəallar şəxsi mənbələrindən xəbər tutublar ki, respublika başçısı subyektin ərazisinin bir hissəsini qonşu respublikaya verməyə hazırlaşır.

Fəalların sözlərinə görə, söhbət respublika ərazisinin 5%-dən gedir – bu isə 17 min hektar torpaq deməkdir.

İnquşetiyanın paytaxtı Maqasın sakinləri küçələrə - mitinqə çıxdı. Polis daha çox fəallıq göstərənlərin saxlanılmasına başladı. Mitinqdə 100-ə yaxın insan iştirak edirdi. Hadisə yerinə gəlmiş Maqas meri Beslan Tseçoyev də insanları dağılışmağa razı sala bilmədi. Polis aksiya iştirakçılarına qarşı dəyənəklərdən istifadə etdi.

İnquşetiya hökuməti üsyana qarşı çıxmağa hazırlaşdı, Maqasa “Rosqvardiya”nın qüvvələri yeridildi, internetə giriş məhdudlaşdırıldı. Küçələrdə beton maneələr peyda oldu.

Bu hadisələrin fonunda İnquşetiyanın iki rayonunun başçısı istefaya getdi. Bunlar sözügedən Sunjen və Malqobek rayonlarının başçıları idi – onlar könüllü şəkildə tutduqları vəzifədən imtina etdilər.

Bildirilir ki, bu çeçenlərin qonşularından torpaq almağa ilk cəhdi deyil. 2013-cü ilin martında Ramzan Kadırov İnquşetiyanın Sunjen rayonunun Arştı kəndinin Çeçenistanın tərkibinə daxil edilməsini tələb edib. Bir ay sonra xüsusi əməliyyatın keçirilməısi adı ilə 300-ə yaxın çeçen güc strukturlarının nümayəındəsi kəndı daxil olub. İnquşetiyada bu təxribat kimi qiymətləndirilib – bildirilib ki, çeçen hökuməti əhalisi az qala 100% çeçenlərdən ibarət olan kəndi ayağa qaldırmaq istəyir. Çeçenistan və İnquşetiya hüquq-mühafizə orqanları əməkdaşlarının arasında baş vermiş münaqişə nəticəsində altı inquş müxtəlif dərəcəli xəsarətlər almışdı.

Sunjen və Malqobek rayonlarının mənsubiyyəti haqqında Çeçenistanla İnquşetiya arasında mübahisə 1990-cı illərdən bəri aparılır. 2005-ci ildə hələ Çeçenistanın baş nazirinin vəzifələrini icra edən postunda olan Ramzan Kadırov respublikanın ərazisinin genişləndirilməsi və çeçenlərin əzəli torpaqlarının geri qaytarılması məsələsini qoydu. 2018-ci ilin sentyabr ayında Kadırov respubklikanın inzibati sərhədlərinin dəqiqləşdirilməsi məsələsinin həlli üçün dövlət komissiyası yaradıb.

Bu iki respublika arasında hazırkı sərhəd 1934-cü ildə iki region birləşdirilənə qədər olan sərhədlərlə təxminən eynidir. 1992-ci ildə Çeçen-İnquş MSSR Rusiya xalq deputatları qurultayının qərarı ilə iki yerə bölündü, lakin sərhədlər müəyyən edilmədi. Bundan bir il sonra – 1993-cü ildə Çeçenistan lideri Cövhər Dudayev və İnquşetiya prezidenti Ruslan Auşev müqavilə imzaladılar ki, həmin sənədə əsasən, Sernovodsk və Assinovskaya yaşayış məntəqələri istisna olmaqla Sunjen rayonu bütünlüklə İnquşetiyanın tərkibinə keçdi.

RİA “Novosti” yazır ki, Rusiya prezidenti Vladimir Putin İnquşetiyadakı vəziyyət barədə ən operativ məlumatı alır. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, yerdə müvafiq iş aparılır və “hansısa diaqnozu qoymaq hələlik tezdir”.

Bundan bir neçə saat sonra Kadırov və Yevkurov yazının əvvəlində qeyd etdiyimiz sazişi imzaladılar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *