Trampın müşaviri Rusiyanın “böyük səhvi”ndən danışdı
Suriyaya müasir S-300 zenit-raket komplekslərinin verilməsi böyük səhvdir.
Oxu.Az “The Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın müşaviri Con Bolton bəyan edib.
O, Kremlə bir daha bu qərar barədə düşünməyi məsləhət görüb.
Boltonun fikrincə, S-300 raket komplekslərinin Suriyaya verilməsi onsuz da qeyri-sabit olan Yaxın Şərq regionunda gərginliyi daha da artıracaq.
Trampın müşaviri hesab edir ki, Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulmasının günahkarı İrandır.
Qeyd edək ki, yaxın iki həftə ərzində Rusiya Suriyaya S-300 raket kompleksini verəcək.
Mənbə:> Oxu.Az