Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri də istefa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri də istefa verdi

Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri də istefa verdi

ABŞ-da prezident Donald Trampın daxili təhlükəsizlik və terrora qarşı mübarizə məsələləri üzrə müşaviri Tomas Bossert istefa verib.

Bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

“Prezident, Tomun böyük vətənimizin təhlükəsizliyi üçün göstərdiyi xidmətlərə görə minnətdardır”, - deyə bəyanatda qeyd olunur.

Ağ Ev hələ ki, istefanın səbəbinə aydınlıq gətirməyib. Habelə “Bloomberg” agentliyinin məlumatına görə , Bossert aprelin 9-da vəzifəyə gələn yeni milli təhlükəsizlik üzrə müşavir Con Boltonun təkidi ilə istefa ərizəsini təqdim edib.

Virtualaz.org xatırladır ki, 2017-ci il yanvarın 20-də prezident postuna gələn D. Tramp bundan əvvəl XİN rəhbəri, ədliyyə naziri və başqaları olmaqla daha bir neçə komanda üzvünü də itirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *