ABŞ Suriya ilə bağlı yekun qərar verəcək
ABŞ yaxın zamanlarda Suriyadakı mövcudluğu barədə qərar qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə birgə brifinqdə deyib.
O bildirib ki, ABŞ İŞİD-in radikallaşmasına böyük zərbə vurub.
“Buna görə biz orada idik. Bu işi bitirməyə çox yaxınıq. Bu insanlar bura gəlməyəcəklər, çünki onlar daha yoxdur”, - deyə Tramp vurğulayıb.
Mənbə:> Oxu.Az