MN: Ermənistan 4-5 hərbi qulluqçusunu itirib
Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən üç Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:
“Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır”.
Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədirlər:
“O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır”.
Mənbə:> Oxu.Az