İlham Əliyev: Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq » AzNews.info -Xəbər portalı

İlham Əliyev: Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq

İlham Əliyev: Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq


Azərbaycanla Türkiyə birgə enerji-nəqliyyat layihələrini uğurla icra edir. Həmin layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.

Birgə layihələrdən danışan dövlətimizin başçısı deyib:

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq”.

Ötən ilin oktyabrında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı deyib:

“Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *