Yerevanın faciəvi səhvləri – MOSKVADAN BAXIŞ
Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan - bu ölkələrin hər biri böyük regional layihələrdə iştirak edir. Və yalnız Ermənistan bu prosesləri kənardan izləyir.
Bu vəziyyəti onunla izah etmək olar ki, Ermənistan AİB və ya KTMT kimi regional layihələrdə iştirak edir. Hətta onların da, göründüyü kimi, Yerevana kifayət qədər sualı var.
Buradan nəticə çıxarmaq olar ki, hətta bu ölkə, misal üçün, “İpək yolu iqtisadi zonası” və ya “Şimal-Cənub” kimi layihələrdə iştirak etsəydi, onlara qarşı iddiaları olardı.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, Ermənistanın bu cür regional layihəyə ehtiyatlı yanaşmasına səbəb Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyidir.
“Ona görə də Azərbaycanın fəal iştirak etdiyi layihələrdə Ermənistan yoxdur. Əgər mən orada işləsəydim, bütün layihələrə qoşulardım”, - ekspert bildirib.
Regionun “zəif bəndi”
O deyib ki, hər bir ölkə maksimum faydalanacağı sahələr axtarır. Yeri gəlmişkən, Bakı bu və ya digər beynəlxalq əməkdaşlıqdan imtina etməkdə tamamilə haqlıdır.
“Heç bir ölkə öz ərazisinin ölçüsünə görə güclü və ya zəif ola bilməz. Misal üçün, İsveçrəni götürək. Bir çox göstəricilərinə görə Ermənistanla eynidir və bu ölkənin də dənizə çıxışı yoxdur. Onu idarəçilər güclü və ya zəif edir”, - politoloq bildirib.
Mənbə:> Oxu.Az