İsrail Ermənistan diplomlarını tanımadı
Ermənistan Təhsil Nazirliyinin nümayəndə heyəti İrana Ermənistan universitetlərinin diplomlarının tanınması məsələsinin müzakirəsi üçün yola düşəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistanın təhsil naziri Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, İran Təhsil Nazirliyi Ermənistandakı təhsilin keyfiyyətindən narahatdır: “Bizim İrandan olan həmkarlarımız narahatdırlar. Mən yaxın zamanlarda İrana gedəcəyəm. Mənimlə birgə bir sıra universitetlərin rəhbərləri də gedəcək və biz məsələni yerində müzakirə edəcəyik. İran bazarı Ermənistan üçün çox vacibdir”.
O, İsraillə məsələnin daha qəliz olduğunu deyib. Nazirin sözlərinə görə, rəsmi Təl-Əviv Ermənistan diplomlarını tanımaqdan tam imtina edib.
Mənbə:> Virtualaz.org