ABŞ Suriyada Rusiyanın hücumlarına qarşı tədbir gördü
Pentaqon koalisiya qüvvələrinin nəzarətində olan ət-Tənaf forpostuna əlavə hərbi kontingent göndərib.
Bu barədə Müdafiə nazirliyindəki mənbələrə istinadla “Fox News” telekanalı məlumat yayıb.
Regiona yüzdən çox dəniz piyadası gətirilib.
Qeyd olunur ki, Vaşinqtonun Suriyadakı hərbi birləşmələrinin qüvvətləndirilməsi Rusiyanın bölgədə gizlənən terrorçulara zərbə endirəcəyinə dair xəbərdarlığı ilə bağlıdır.
Mənbə:> Oxu.Az