Tramp ətrafından şübhələnir
ABŞ prezidenti Donald Tramp Ağ evdən məlumat sızmasında yaxın ətrafından şübhələnir.
Oxu.Az xəbər verir ki, bu barədə Axios portalının prezidentin ətrafındakı mənbəyə istinadən yaydığı məlumatda deyilir.
Dünən “New York Times” qəzetində yer alan məqalədə Ağ evdəki mənbəyə istinadən yüksək çinli məmurların Trampın əleyhinə etdiyi cəhdlər barədə yazılıb. Buna cavab olaraq Tramp bəyan edib ki, qəzet milli təhlükəsizlik maraqları baxımından həmin mənbənin adını açıqlamalıdır.
Mənbələr bildirib ki, Tramp ətrafına inanmır. Mənbələrdən biri hətta iddia edib ki, ötən il Trampda “şübhəli” şəxslərin siyahısı da var idi.
Mənbə:> Oxu.Az