Ukraynada Hitleri “ən böyük demokrat” adlandırdılar
Ukrayna Ali Radasının spikeri Andrey Parubiy Adolf Hitleri “ən böyük demokrat” adlandırıb.
RİA Novosti xəbər verir ki, o bunu ICTV telekanalının efirində deyib: “Özüm birbaşa demokratiyanın tərəfdarıyam. Yeri gəlmişkən, sizə onu deyim ki, birbaşa demokratiyanı tətbiq edən ən böyük adam ötən əsrin 30-cu illərində Adolf Hitler olub”.
Birbaşa demokratiyanı elmi səviyyədə öyrəndiyini deyən Parubiy Hitlerin onun inkişafına töhfəsini unutmamağa çağırıb.
Mənbə:> RİA Novosti