ATƏT-in baş katibi Yerevanda danışıqlarda QARABAĞ MƏSƏLƏSİ DƏ MÜZAKİRƏ OLUNUB
Yerevanda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminqer Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Yerevanın müxtəlif sahələrdə, o cümlədən “Ermənistanla tərəfdaşlıq” proqramı çərçivəsində ATƏT-lə əməkdaşlıq, Ermənistanda daxili siyasi vəziyyət və islahatlar, eləcə də korrupsiya ilə mübarizə məsələləri müzakirə olunub.
Görüşdə Qreminqer və Mnatsakanyan həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub, danışıqlar prosesindəki son irəliləyişləri müzakirə ediblər. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Mənbə:> Virtualaz.org