Putin dağlarda dincəlir, Şoyqu və Bortnikovla birlikdə...
Rusiya prezidenti Vladimir Putin ötənşənbə və bazar günü Tuva muxtar respublikasında, Yenisey çayının sahillərində dincəlib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı və fotoları TASS agentliyi yayıb.
Kadrlara əsasən Putin meşədə gəzir, katerdə üzür və dağın başında oturub ətrafı seyr edir.
“Prezident bu şənbəni və bazar gününü Yenisey sahillərində, Tıvada keçirib, dağlarda gəzib, təbiətin gözəlliklərini seyr edib”-Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu istirahətdə Putinə müdafiə naziri Sergey Şoyqu və FTX direktoru Aleksandr Bortnikov yoldaşlıq ediblər. Habelə Tuva muxtar respublikasının rəhbəri Şolban Kara-ool və Sayano-Şuşensk qoruğunun rəhbəri Putini müşaiyət edib.
Putin ötən ilin avqustunda da istirahət üçün Tuvanı seçmişdi. Həmin vaxt Rusiya prezidenti iki saat çayda iri balığı tutmağa çalışıb, kvadrosikldə gəzib və suyun hərarətinin 17 dərəcəni keçmədiyi da gölündə çimib.
Mənbə:> TASS