Roma Papası utandı – YENİLƏNİB
İrlandiya paytaxtında Roma katolik kilsəsinin başçısı Fransisklə rahiblərin cinsi təcavüzünə məruz qalanlar arasında görüş keçirilib.
Oxu.Az-ın verdiyi xəbərə görə, Roma papası etiraf edib ki, katolik rahiblərin yetkinlik yaşına çatmayan uşaqları cinsi zəmində istismar etməsi Roma kilsəsi üçün böyük problemdir.
Papa Fransisk əvvəllər də pedofil rahiblərin qurbanları ilə görüşlər keçirmişdi.
İrlandiya səfəri ərəfəsində Roma katolik kilsəsinin başçısı “Xalqın Tanrıya məktubu”nu dərc etdirərək, uşaqları cinsi təcavüzə məruz qoyan kilsə üzvlərini qınayıb.
25.08.2018. 18.43
Roma Papası Fransisk İrlandiya səfəri zamanı bəyan edib ki, kilsə nümayəndələrinin uşaqlara təcavüzləri ilə bağlı meydana gələn qalmaqallara görə “katolik cəmiyyətin ağrısını və utancını” bölüşür.
Bu barədə Oxu.Az RTE telekanalına istinadla xəbər verir.
“Kilsə nümayəndələrinin gəncləri təhqir etmələri səbəbi ilə İrlandiyada meydana gələn böyük qalmaqalı etiraf etməliyəm”, - Dublində çıxışı zamanı Roma Papası deyib.
Roma katolik kilsəsinin başçısı belə qalmaqalların “cəmiyyət tərəfindən həddi-buluğa çatmamış gənclərin və zəif böyüklərin mühafizəsinin zəruriliyini qabardacağına” ümidvarlığını ifadə edib.
O, Dublində katolik rahiblərin seksual zorakılığına məruz qalmış şəxslərlə görüşəcək.
Qeyd edək ki, sonuncu dəfə Roma katolik kilsəsinin rəhbəri İrlandiyaya 1979-cu ildə səfər edib.
Mənbə:> Oxu.Az