Putin doqquz azərbaycanlıya vətəndaşlıq verdi
104 nəfər Rusiya vətəndaşlığı alıb.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Fərmana əsasən, vətəndaşlığı Rusiya Federasiyası ərazisində doğulmuş iki nəfər, Kipr, Hindistan, İtaliya, ABŞ və Almaniyadan hərəsindən bir nəfər, Türkiyə, Fransa və İsrailin hərəsindən iki, Gürcüstan və Qazaxıstandan hərəsindən üç, Əfqanıstan, Ukrayna və Vyetnamdan hərəsindən beş, Azərbaycandan doqquz, Belarus və Tacikistandan hərəsindən 10, Ermənistandan 11, Moldovadan 14, Özbəkistandan 16 nəfər alıb.
Sənəddə deyilir ki, bu insanlar Rusiya Federasiyası vətəndaşının andını içdikdən sonra vətəndaşlıq almış hesab olunacaqlar. Bu müddəa yalnız azyaşlılara aid edilmir.
Mənbə:> Oxu.Az