Ramil Usubovdan kadr dəyişikliyi
Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib.
Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.
Sözügedən məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən təsdiqləyiblər.
Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.
Mənbə:> Anews.az