Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı

Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı

Tbilisidə Rusiya viza mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Gürcüstan və digər ölkələrin vətəndaşlarından, həmçinin vətəndaşlığı olmayan şəxslərdən Rusiyaya giriş vizaları almaları üçün müraciətləri qəbul edəcək.

Bu barədə İsveçrənin Tbilisidəki səfirliyində fəaliyyət göstərən Rusiyanın Gürcüstandakı maraqları bölməsindən məlumat veriblər.

Qeyd ediblər ki, Tbilisidə açılan Rusiya viza mərkəzinin əməkdaşlarına viza sənədlərilə bağlı bütün əməliyyatların yerinə yetirilməsi üçün rəsmi səlahiyyətlər verilib. Viza müraciətləri ilə bağlı məlumatlar işlənib hazırlandıqdan sonra Rusiya viza mərkəzi sənədləri Rusiyanın Gürcüstandakı maraqları bölməsinə ötürəcək. Bölmədən bildiriblər ki, viza mərkəzi yalnız xidməti funksiyaya malikdir, vizaların verilməsi və sənədlərin yoxlanılması diplomatların və müvafiq qurumların səlahiyyətinə aiddir.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Tbilisi Moskva ilə diplomatik münasibətlərini rəsmən kəsərək, yalnız konsulluq əlaqələrini saxlayıb. 2009-cu ildən isə İsveçrənin Tbilisidəki səfirliyində Rusiyanın Gürcüstandakı maraqları bölməsi, müvafiq olaraq İsveçrənin Moskvadakı səfirliyində isə Gürcüstanın Rusiyadakı maraqları bölməsi fəaliyyət göstərir.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *