Türkiyəli nazir Avropa Birliyinə səsləndi » AzNews.info -Xəbər portalı

Türkiyəli nazir Avropa Birliyinə səsləndi

Türkiyəli nazir Avropa Birliyinə səsləndi


Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak dünən Almaniya iqtisadiyyat naziri Peter Altmayerin Türkiyəyə verdiyi dəstəklə əlaqədar “Twitter” səhifəsində fikirlərini bölüşüb.

Oxu.Az “Habertürk”ə istinadla xəbər verir ki, Albayrak ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar fonunda Altmayerin ifadələrini məmnuniyyətlə qarşıladığını bildirib:

“Saf niyyətlə hərəkət edən və diplomatiyanı müdafiə edən siyasətçilər Avropa Birliyi və Almaniya ilə bağlı məsələlərdə türk xalqının etibarını gücləndirəcəklər”.

Almaniya iqtisadiyyat naziri Peter Altmayer Vaşinqton rəhbərliyinin digər ölkələrə ticarət qaydaları diktə edə bilməyəcəyini söyləmiş, NATO üzvü və 80 milyonluq əhaliyə sahib olan Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini bildirmişdi:

“Türkiyə, Avropada təhlükəsizlik və etibarlılıq mənasını verir. Ankara ilə çox yaxşı əlaqələrimiz var”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *