"Ermənidən icazə almalıyıq?"
"Bu il biz Çanaqqala savaşının 100-cü il dönümünü qeyd edirik. Bunun üçün Ermənistandan icazə alacağıq?"
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France24" televiziya kanalının suallarını cavablandırarkən deyib.
O bildirib ki, Çanaqqala savaşının tarixi bəllidir və bu il dönümünün Ermənistanın təşkil edəcəyi mərasimlərlə heç bir əlaqəsi yoxdur:
"Bu günə qədər Türkiyə ilə Ermənistan arasındakı çətinliklərdə müsbət addımları həmişə biz atdıq. Ermənistan heç bir zaman müsbət addım atmamışdır. Biz həmişə sülh əlimizi uzatdıq, amma əlimiz havada qaldı. Ötən il 23 apreldə mənim yenə yayımladığım bir məktubum vardı. Bilmirəm xəbəriniz varmı, bu məktub çox müsbət qarşılandı, amma eyni müsbət cavabı Ermənistandan ala bilmədim".
Ərdoğan bildirib ki, 24 apreldə Türkiyə dünya sülh prosesinə töhvə verəcək. 24 apreldə təşkil olunacaq mərasimdə şəxsən iştirak edəcəyini deyən prezident bu mərasimlərlə dünyaya barış mesajları verəcəklərini söyləyib.
Mənbə:> ANSPRESS