Rusiya qərb sərhədlərinə qoşun topladı
2016-cı ildən başlayaraq Rusiyanın qərbində 70-dən artıq hərbi hissə və birləşmə yaradılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Qərbi strateji istiqamətdə yaranan vəziyyət bizdən ordunun döyüş heyətinin və əsas sistemlərinin durmadan təkmilləşdirilməsini tələb edir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən ordu birləşmələri 5 minə yaxın yeni və müasirləşmiş silah vahidi ilə təmin edilib.
Şoyqu əlavə edib ki, çoxsaylı yoxlamalar ordunun hazırlıq səviyyəsinin artdığını göstərir. Belarus hərbçiləri ilə əməkdaşlığa isə xüsusi diqqət yetirilir.
Mənbə:> Virtualaz.org