Türkiyə Ordusunda UNİKAL SİSTEM - Düşmən GÖZ AÇA BİLMƏYƏCƏK » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Türkiyə Ordusunda UNİKAL SİSTEM - Düşmən GÖZ AÇA BİLMƏYƏCƏK

Türkiyə Ordusunda UNİKAL SİSTEM - Düşmən GÖZ AÇA BİLMƏYƏCƏK



Radio tezlikləri, radar texnologiyaları, elektronik hərb və simulyasiya sahələrində yeniliklər etməyə çalışan Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti bu sahədə yeni məhsulunu Divar Arası Radar (DAR) sistemi ilə ortaya qoyub.

Publika.az xəbər verir ki, şirkət xaricdə təhlükəsizlik qüvvələrinin əməliyyat və əsir qurtarma işlərində tez-tez istifadə edilən və divar arxasında canlı olub-olmadığı ilə bağlı məlumat ötürən cihazı yerli imkanlar hesabına istehsal edib və istifadəyə verib.

Bununla qane olmayan şirkət məhsulda dəyişikliklər edərək cihazın ölçülərini kiçildib və çəkisini azaldıb. Texniki dizaynı dəyişərək cihazın yüngülləşməsinə ciddi şəkildə önəm verib.

Növbəti mərhələdə isə DAR-ı fərqli ehtiyaclara cavab verəcək şəkildə bir məhsula çevirmək hədəflənir. Bu çərçivədə avtomobilə birləşdirilərək fivarların raxasındakı hədəflərin uzaqdan təsbit edilməsini təmin edən Uzaqdan Maneə Arxası Hədəf Təsbiti Sistemi və Mini Divar Arxası Radar sistemləri inkişaf etdirilir.

Radar daha kiçik və yüngül olduğu üçün az büdcə ilə başa gəlib. Əməliyyatda iştirak edən və piyada olan xüsusi qüvvələr tərəfindən asanlıqla daşınan DAR personal tərəfindən əllə rahat şəkildə daşınacaq formada hazırlanıb. Hədəflərin həssas hissələri və sayları da cihaz tərəfindən öyrənilir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *